Bu nəqliyyat vasitəsi üçün nə qadağan deyil? – YENİ SUAL

Yarışma 24 Noyabr 2014 19:10 Oxunub 2301
Bu nəqliyyat vasitəsi üçün nə qadağan deyil? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yeni sual nəqliyyat vasitələrinin texniki təchizatına və sürücülərin vəzifələrinə aiddir. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual belədir: 

Şəkildə gördüyünüz nəqliyyat vasitəsi üçün nə qadağan deyil?

A) Bu nəqliyyat vasitəsinin motodəbilqə geyinməyən sürücü tərəfindən idarə edilməsi;

B) Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;

C) Bu nəqliyyat vasitəsinin dərman qutusu olmadan idarə edilməsi;

Ç) Bunların heç biri.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elnur 10 Noyabr 2014 22:55
B Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;
qahir ekberov 10 Noyabr 2014 22:55
B varianti
Eldegiz Balabeyli 10 Noyabr 2014 22:55
menim fikirimce bu c variantıdır
Vusal Imanov 10 Noyabr 2014 22:55
yanqoşqulu motosikletdə - dərman qutusu, qəza dayanma nişanı yanıb-sönən qırmızı fənərolmalidi.debilqesiz idare etmek qadaqandir.odsöndürən olmadan idarə edilməsi ise qadaqan deyil.Demeli duzgun cavab B Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;