Bakıda ən kiçik səhvdən törənən böyük qəzalar - VİDEO

Avtoreyd 25 Noyabr 2014 14:35 Oxunub 2557
Bakıda ən kiçik səhvdən törənən böyük qəzalar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolayrıcını manevrə uyğun mövqe seçməklə və hərəkət növbəliliyinə ciddi riayət etməklə keçməlidir

Avtosfer.az Bakıda baş vermiş bir neçə yol qəzasının videosunu təqdim edir. Budəfəki qəza görüntülərinin hamısını bir yerə cəmləşdirməkdə məqsəd odur ki, təxminən eyni kateqoriyadan olan hadisələrə birlikdə izah verək və səbəbləri öyrənək. Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırlımış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzalar paytaxtın müxtəlif ərazilərində, əsasən də yolayrıclarında baş verib. Qəzaların da başvermə səbəbi elə bəzi sürücülərin yolayrıcını keçmə qaydalarına əməl etməməsidir.

Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynov Avtosfer.az-a bu görüntüləri belə hərh edib: «Kadrlarda əsasən yolayrıclarında baş verən qayda pozuntuları əksini tapır. Bu pozuntular həm yolayrıcında sürücülərin bir-birinə yol verməməsi ilə, həm də yolayrıcında dönən sürücülərin düzgün mövqe seçməməsi ilə bağlıdır. Məsələn, kadrlardan birində “Tofaş” markalı avtomobil sağa dönərkən ən soldakı zolaqda mövqe tutur və bu azmış kimi döndüyü yolun birbaşa olaraq 3-cü zolağına çıxır. Belə kobud qayda pozuntusu olan yerdə qəza baş verməsi qaçılmazdır.

Ümumiyyətlə, yolayrıcı yolların ən təhlükəli sahələrindən biri hesab olunur. Ona görə də yolayrıcına yaxınlaşan sürücü  çox diqqətli olmalı, bütün yol şəraitini nəzarətdə saxlamalı və hər an gözlənilməzliklərə hazır olmalıdır. Yolayrıcını isə manevrə uyğun mövqe seçməklə və hərəkət növbəliliyinə ciddi riayət etməklə keçməlidir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh