«Xam» sürücüləri bu hala salırlar – QANLI MÜBARİZƏ - VİDEO

Maraqlı 27 Noyabr 2014 01:28 Oxunub 2839
«Xam» sürücüləri bu hala salırlar – QANLI MÜBARİZƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai qrup üzvləri hətta qudurğan sürücülərin üzünü qana boyayır

Dünyanın bir çox ölkələrində yol hərəkəti qaydalarının pozulmasına qarşı mübarizə aparan ictimai qruplar fəaliyyət göstərir. Avtosfer.az-ın məlumatına görə, Rusiyada fəaliyyət göstərən «stop-xam» qrupunun üzvləri həmişə orijinal aksiyalarla yadda qalırlır. Onlar bəzən düzgün park etməyən, qayda pozan sürücülərin avtomobillərinin üzərinə müxtəlif şüarlar yazırlar, avtomobilin üzərinə boya atırlar və s. Bu dəfə isə qrup üzvləri kobud qayda pozuntusuna yol verən sücüləri daha sərt şəkildə «cəzalandırıblar». Onlar üzərinə biabırçı şüarlar yazılmış yapışqanları avtomobillərin şüşələrinə yapışdırıblar. Hətta, bəzi sürücülər maşının yanında olsa da, etiraz edə bilməyib. Amma bəzi harınlamış sürücülər gənclərə sərt cavab verib, hücum çəkərək onları döyməyə çalışıb. Nəticədə isə bir sürücünün üzü qana boyanıb. 

Yəqin ki, Azərbaycanda da gec-tez belə ictimai qınaq metodlarından istifadə olunacaq. Amma nəzərə almaq lazımdır ki, bizim sürücülər arasıda iki dəqiqəyə adam öldürməyə hazır olanlar çoxdur. Hər halda, ictimai qınaq yaxşı metoddur. Avtosfer.az bunun daha sivill yolunu axtarır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh