Bakıda avtobus «Lexus»un burnunu belə əzdi – YENİ VİDEO
Avtoreyd 30 Noyabr 2014 02:11 1984 dəfə oxunub
Bakıda avtobus «Lexus»un burnunu belə əzdi – YENİ VİDEO
Avtobusun yaxınlaşdığını görən sürücü dayanmadan yola çıxır və…

Bu hadisə Bakıda Şıx çimərliyinin yaxınlığında baş verib. «Sədərək» ticarət mərkəzinə gedən yoldakı dairəvi hərəkət təşkil olunmuş ərazidə baş vermiş toqquşma olayı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, «Sədərək» ticarət mərkəzi tərəfdən gələn «Lexus» markalı avtomobil qəflətən yolun hərəkət şissəsinə girir. Hansı ki, burada soldan gələn avtomobillər üstünlüyə malikdir və yol onlarındır. Üstəlik, burada sürət həddi ən azı 60-80 arası olur. Hələ, avtobusun sürətini demirik.

Kadrlardan da görünür ki, avtobus digər avtomobillərə nisbətən daha sürətlə hərəkət edir. Avtbusun «Lexus»un burnunu əzib ekrandan itməsi bir saniyədən də az zaman ərzində baş verir.

Əslində, burada avtobus sürücüsünü qınamaq olmaz. O, sürət həddini aşsa belə öz yolu ilə hərəkət edir. Yəni, başqası onun yoluna çıxmasa qəza baş verməzdi. Amma «Lexus»un sürücüsü onunla eyni sırada olan avtomobillərdən fərqlənmək üçün hərəkəti yavaş-yavaş da olsa davam etdirib sanki özünü avtobusun altına atır. Bu qəzanın əsl səbəbkarını bilmək o qədər də çətin deyil. Aydın məsələdir ki, «Lexus»un sürücüsü dayanıb gözləməli olduğu halda, avtobusun yaxınlaşdığını görə-görə onun yoluna çıxır. Və elə bu anda da avtobus «Lexus»un burnunu əzib keçir. Xohbəxtlikdən maşın yola çox çıxmamışdı. Yoxsa, nəticə daha ağır ola bilərdi.

Nədənsə, bahalı maşın sürən bəzi sürücülər elə zənn edirlər ki, maşının qiymətinə görə hamı onlara yol verməlidir. Ona görə də, yeri gəldi-gəlmədi başqalarının yoluna çıxıb qəza şəraiti yaradırlar və ya bu kadrlardakı kimi qəzaya səbəb olurlar. Amma unutmaq olmaz ki, qəzaya düşməmək maşının dəyəri ilə yox, maşını sürəninin beyni ilə, təfəkkürü ilə mümkündür.

 

Elməddin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh