Yol polisi bu müğənnilərə "hörmət" edir; şou-biznes əhlinin etirafları

Avtobazar 3 May 2014 03:12 Oxunub 3263
Yol polisi bu müğənnilərə "hörmət" edir; şou-biznes əhlinin etirafları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmilə: «Qoşa xətti, sarı xətti keçib cəriməsini də ödəmişəm»

 

Günel Məhərrəmova: «Yolumu yaxın etmək üçün yolun əksinə gedirəm»


Bu gün bir çoxları yol hərəkəti qaydalarını pozmağı adət edib. Xüsusən də tez-tez tanınmış insanların, şou-bizes nümayəndəlirin qayda pozduqlarını eşdirik. Məsələn, bir müddət əvvəl müğənni Rəqsanənin qızı etiraf etmişdi ki, sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil idarə edir və yol polisi onu saxlayanda anasının adını verib məsuliyyətdən yayınır. Yəni, DYP əməkdaşları Rəqsanəyə görə qızına «hörmət» edirlər. Ardınca Rəqsanə bu barədə açıqlama verib qızını təkzib etməklə yanaşı, onun maşın sürmədiyini və xalası oğlunun maşını ilə gəzdiyini bildirmişdi. Yol polisi isə dərhal belə bir açıqlama yaymışdı ki, bundan sonra nəinki Rəqsanəyə, heç bir şou-biznes nümayəndəsinə güzəşt olmayacaq. Tanınmış futbolçu Kamran Ağayevin də telekanallardan birinə müsahibəsində «yol polisləri mənə hörmət edir, radara düşəndə öz ciblərindən ödəyirlər» deməsi, istər-istəməz müəyyən fikirlərin formalaşmasına gətirib çıxarır. Qaydalar, qanunlar hamı üçündür, yoxsa tanınmış adamlara güzəşt olunur? Bəs bu tanınmış adamlar qaydaları tez-tezmi pozurlar? “Üç nöqtə”in suallarını cavablandıran müğənni Cəmilə yol hərəkəti qaydalarını pozmadığını dedi: «20 ildən artıqdır ki, maşın sürürəm. Yol hərəkəti qaydalarını pozmuram. Heç vaxt qırmızı işıqda keçməmişəm. Nə qədər tələssəm də, bunu etmirəm. Çünki başqa yoldan başqa bir sürücü gəlib məni vura bilər. Mən isə yaşamaq istəyirəm». Müğənninin qayda pozuntuları ilə bağlı etirafları da old: «Sağdan-sola keçməyə, qoşa xətti tapdaladığıma görə bir neçə dəfə cərimə ödəmişəm.  Hələ gedib demişəm ki, bir qoşa xəttə görə məni niyə çağırmısız. Qoşa xətti də tələsdiyimə görə, bu yoldan digər yola keçərkən tapdalamışam. Çalışdım ki, bir də etməyim. Amma qırmızı işıqda heç vaxt keçməmişəm.  Heç kəsə də keçməyi tövsiyyə etmirəm. Nə qədər geciksək də, həyatda bir dəqiqə heç nəyi həll etmir. Ona görə də, gözləmək vacibdir. Bəlkə o tərəfdən də kimsə tələsir. Amma qoşa xətti, sarı xətti keçmək kimi qayda pozuntularına yol vermişəm. Cəriməsini də ödəmişəm». Cəmilə deyir ki, qayda pozsa da, yol polisləri ona hörmət də ediblər: «Bütün respublika polislərinin qarşısında baş əyirəm. Təşəkkür edirəm. Sənət insanlarına hörmətlə yanaşırlar. Amma həyatda da, sənətdə də çalışmışam ki, qayda-qanuna riayət edim. Qayda-qanuna ömür boyu riayət eləmişəm, edəcəm də. Gənclərə də tövsiyyə edirəm ki, qayda-qanunda dəqiqliyə üstünlük versinlər. Həmçinin evdə, ailədə, məişətdə, işdə də. Qayda-qanun olan yerdə həmişə uğur, nailiyyət var. Ona görə də hamınıza qayda-qanunla yaşamaq arzulayıram”.

Müğənni Günel Məhərrəmova isə dedi ki, yol hərəkəti qaydalarını pozmamağa çalışır: «Bəzi polislərimiz olur ki, özləri bilərəkdən tanımırlar. Amma əksər hallarda tanıyırlar. Çoxusu hörmət edir. Hətta disk, albom istəyirlər. Çox sağolsunlar.  Bəzi polislər var ki, onlara tanışlıq da versən, xeyiri yoxdur. Heç vaxt ciddi yol hərəkət qaydalarını pozmuram. Qırmızı işıqdan keçmirəm. Bəzən elə olur ki, yolumu yaxın etmək üçün yolun əksinə gedirəm. O da toylara gecikdiyimdən irəli gəlir. Bunu etməyə məcbur oluruq. Amma cərimələrimi ödəməyirəm. Cüzi səhvlər olanda deyirlər ki, ay xanım, birdə belə etməyin. Mən də deyirəm ki, baş üstə, bir də belə etməyəcəm. Hər zaman qayda-qanuna riayət etməyə çalışıram.  Bəzən şəhər arası kəmər taxmırdım. Ona görə də, bir neçə dəfə cərimə ödəmişəm».

 

Müğənni Xatun maşınını sürücü idarə etdiyini bildirdi: «Sürücüm var. Mən özüm maşın idarə eləmirəm. Heç fikrim də yoxdur. Məşhur bir xanıma sürücü ilə gəzmək daha prestijlidir, nəinki özü maşın idarə etmək. Mən belə düşünürəm. Kim özü bəzənib maşın idarə edirsə, mən yaxşı baxmıram. Düşünürəm ki, tanınmış insan arxada oturmalıdır. Bunlara riayət olunmalıdır. Sürücüm çalışır ki, yol hərəkət qaydalarını pozmasın. Ciddi səhvlər olmayıb. Amma olanda olur. Heç vaxt tanınmış olmağımdan istifadə etmirəm. Ümumiyyətlə, mən özündən razı insan deyiləm. Sürücüm də istəmirəm ki, yol hərəkəti qaydalarını pozsun. Harasa da gedib gecikəndə yalnız tıxac mane ola bilər».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh