Avtosfer.az | Reklam
Bizmesmen deputata maşın aldı - FOTO
Al-sat 2 Dekabr 2014 20:37 9771 dəfə oxunub
Bizmesmen deputata maşın aldı - FOTO
Rusiyalı biznesmen verdiyi sözün üstündə durdu

Rusiyalı biznesmen Mixail Proxorov sözünün üstündə duraraq Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovskiyə Rusiyanın hibrid avto layihəsi olan “Yo mobil” hədiyyə edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, biznesmen bildirib ki, hədiyyə olunan maşın digər elektromobillərdən fərqlidir və analoqu yoxdur. Salona sıyıq yanacaq verilməsi texnologiyası vasitəsilə bu elektromobil qışda donmur. 

Qeyd edək ki, Jirinovskinin heç cür “Yo mobil” ala bilməməsi şikayətinə cavab olaraq biznesmen sertifikatlaşma bitdikdən sonra ona layihəsinin ən yeni modelini hədiyyə edəcəyinə söz vermişdi.

“Yo mobil” Rusiyaya aid hibrid avtomobillərdir. Elektromobil biznesmen Proxorovun “Yarovit motors” və “Oneksim” şirkətinin birgə layihəsidir. Maşın 7-7,5 min AZN qiymətləndirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh