Dünyanın ən məşhur avtomobil rəngi açıqlandı

Avtodünya 4 Dekabr 2014 13:52 Oxunub 3066
Dünyanın ən məşhur avtomobil rəngi açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın ən populyar avtomobilləri ağ rəngli avtomobillərdir

Dünyanın ən iri lak və boya materialları istehsalçısı olan PPG Industies şirkətinin apardığı araşdırmalara əsasən məlum olub ki, dünyanın ən populyar avtomobilləri ağ rəngli avtomobillərdir. Konserndən bildiriblər ki, son bir ildə ağ rəngə üstünlük verən avtomobil sahiblərinin sayı 2% artıb. Sözü gedən reytinqdə ikinci yeri qara rəng tutur, boz və gümüşü rənglər bu reytinqin 3-cü piləsində qərarlaşıb. Gümüşü rəngin son iki ildə populyarlığını 7 faiz itirdiyi bildirilir. Ağ rəng 2013-cü ildə Avropa, Asiya və Latın Amerikasında ən populyar rəng olmuşdur. Ekspertlərin fikrincə, ağ rənglə boyanmış avtomobillər daha təhlükəsizdir. Gündüz vaxtı qara rəngli avtomobillərin qəza riski 12 faiz, boz avtomobillərin 11 faiz, mavi və qırmızı avtomobillərin isə 7 faiz qiymətləndirilir. Qaranlıq havada isə qara rəngli avtomobillərin qəza riski ağ rəngli avtomobillərdən 2 dəfə çoxdur.

Bundan əlavə, tünd rəngli avtomobillər günəş enerjisini özünə cəlb etdiyinə görə, bu rəngli avtomobillər isti iqlimi olan ərazilərdə yaşayan insanlar arasında populyarlığı aşağıdır.

Analitik Jesika Kolduel isə öz növbəsində bildirib ki, iPhone və Apple məşhurlaşandan sonra ağ rəng xüsusilə daha da populyarlıq qazanıb. Avtolent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh