Uşaq araba ilə birlikdə dəmiryoluna düşdü - VİDEO

Avtoreyd 6 Dekabr 2014 03:52 Oxunub 1975
Uşaq araba ilə birlikdə dəmiryoluna düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faciənin qarşısını sərnişinlər ala biliblər

Avstraliyada hamını qorxuya salan bədbəxt hadisə baş verib. Anspress-in məlumatına görə, uşaq arabası qatar xəttinin üzərinə düşüb. Hadisə qatar stansiyasında qeydə alınıb. Platformada dayanan ailənin bir anlıq diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı. Belə ki, nəzarətsiz qalan içində uşaq olan araba hərəkətə gəlib. Platformanın kənarına gələn araba təxminən 2 metrlik məsafədən dəmir reyslərin üzərinə düşüb. Ətrafdakıların köməyi ilə uşaq sağ-salamat xilas edilib. Ancaq video görüntülər internetdə yayıldıqdan sonra insanlar arasında geniş mübahisəyə səbəb olub. Videoya baxanlar diqqətsiz valideynləri təndiq hədəfinə çeviriblər.

Həmin görüntünü təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh