Damlanın sevgilisi ona verdiyi "Porsche"ni əlindən aldı - FOTO

Avtosfer Foto 28 Sentyabr 2017 14:04 Oxunub 9655
Damlanın sevgilisi ona verdiyi "Porsche"ni əlindən aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müğənninin sevgili olduğu şəxs evlidir və övladı var

Müğənni Damla şəxsi həyatında çətin günlər yaşayır. Avtosfer.az xəbər verir ki, sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. Belə ki, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi “Porsche” markalı avtomobili əlindən alıb. Müğənni bir müddət öncə həmin mebel salonun reklamlarına da çəkilib.

Məlumatı verən mənbənin sözlərinə görə, müğənninin sevgili olduğu bu şəxs evlidir və övladı var. Həmin şəxsin adı və soyadı redaksiyamıza məlum olsa da, evli olmasını nəzərə alıb adını açıqlamırıq.

Damla deyilənlərə belə münasibət bildirib: “Yayılan xəbər qətiyyən doğru deyil. Həmin maşını “Bozbash Pictures” serialı üçün sponsor göndərmişdi. Onu seriala çəkildikdən sonra qaytarıb özünə vermişik. Bu materialı yayan jurnalistə mən belə bir məlumat veməmişəm. Necə özündən belə material hazırlayıb yayıbsa, elə də adiyyatı orqanlara cavab verəcək". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh