Sənədsiz maşın sürənlər sənədi 3 saat ərzində gətirərsə… - ÖYRƏNƏK

Öyrənək 9 Dekabr 2014 01:49 Oxunub 99899
Sənədsiz maşın sürənlər sənədi 3 saat ərzində gətirərsə… - ÖYRƏNƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün sənədləri gətirdikdə də 40 manat cərimə qaçılmazdır

Bəzi sürücülər avtomobili müvafiq sənədlər olmadan idarə edirlər. Bir qismində sənəd həqiqətən yoxdursa, bəziləri sadəcə onları unudurlar. Amma sənədləri haradasa unutmaq sürücünü bütün hallarda inzibati məsuliyyətdən azad etmir. Avtosfer.az xəbər verir ki, əgər sürücünün bütün sənədləri varsa və təsadüfən evdə unudubsa, 3 saat ərzində sənədləri tapıb onun saxlayan yol polisi inspektoruna təqdim etməlidir. Təcrübə göstərir ki, yol polisi əməkdaşları sənədsiz sürücüləri aşkarladıqda avtomobil cərimə meydançasına aparılır. Əksər sürücülər isə buna qətiyyətlə etiraz edərək «qanunda yazılıb ki, sürücü sənədləri 3 saat ərzində tapıb gətirənə kimi yol polisi gözləməlidir, maşını cərimə meydançasına aparmaq olmaz» deyirlər. Əslində burada incə bir məqam var. DYP əməkdaşı bütün iş-gücünü atıb bir sürücüyə 3 saat vaxt sərf etmək istəmir. Bu problemdən can qurtarmaq üçün DYP əməkdaşları sənədsiz sürücünün avtomobilini yaxınlıqdakı stasionar posta, DYP orqanının yerləşdiyi yerə, başqa təhlükəsiz bir yerə, o cümlədən mühafizə olunan duracağa aparırlar. Düzdür, İnzibati Xətalar Məcəlləsində bununla bağlı “DYP əməkdaşının yanında saxlanılır” ifadəsi işlədilir, lakin bu ifadənin detalları açılmır. Hər bir halda bu ifadə nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilməsi demək deyil. Ona görə də DYP əməkdaşı sənədini unudan sürücünün avtomobili və özü barədə 3 saat müddətində heç bir sənəd tərtib etməməlidir.

3 saat ərzində sürücü sənədlərini gətirə bilməsə, buna uyğun sənədləşmə və inzibati məsuliyyətə cəlb etmə həyata keçiriləcəkdir. Amma sürücü bütün sənədlərini gətirə bilsə də, onun İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunması qaçılmaz olacaq. Həmin madə avtomobilə sahiblik hüququnu təsdiq edən sənəd (məhz sənəd) olmadan onun idarə olunmasına görə cərimə nəzərdə tutur. Bunun cəriməsi 40 manatdır. Amma şəxsin sürücülük vəsiqəsi evdə unudularsa, buna görə heç bir cərimə nəzərdə tutulmur və vəsiqə təqdim edildikdən sonra onun hərəkətinə icazə veriləcəkdir. Sürücülük vəsiqəsinin olmadığı müəyyən olunduqda isə şəxs birinci dəfə 100, il ərzində ikinci dəfə isə 200 manat cərimə olunur. Hörmətli sürücülər, ona görə də elə bilməyin ki, sənədlər yadınızdan çıxıb haradasa qalırsa və siz onları 3 saat ərzində gətirərək DYP əməkdaşına təqdim edirsinizsə, məsuliyytdən azadsınız. Xeyr! Bu, tam belə deyil. Sürücünün borcudur ki, avtomobilə və özünə aid sənədləri özündə saxlasın. 

Əslində, bəzi ölkələrdə artıq sürücülər maşında və ya ciblərində sənəd gəzdirmirlər. Çünki bütün proseslər elektron formada həyata keçirilir. DYP əməkdaşı sürücünü saxladıqda bort-komputerdə yoxlaya bilir ki, bu avtomobil həmin sürücüyə məxsusdurmu, onun sürücülük vəsiqəsi varmı. Bu zaman sadəcə şəxsiyyəti təsdiq edən hər hansı sənədin olması yetərlidir.

Azərbaycanda hələ ki, bu qayda tətbiq olunmasa da, yol-patrul xidməti avtomobillərindəki bort-komputer vasitəsilə avtomobil və onu idarə edən şəxs barəsində bütün məlumatları əldə etmək mümkündür. Tezliklə bu qaydanın bizdə də tətbiqinə keçmək lazımdır.

İnanırıq ki, Milli Məclis bu məsələ ilə bağlı hansısa addım atacaq. Çünki bu iş DYP-nin sədahiyyətinə aid olan məsələ deyil. Yəni, DYP qanunu öz istədiyi kimi təfsir edə bilməz.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sunay Novruzov 2 Yanvar 2020 20:20
Salam men qaybatamin masin etibarbemesiz sururdum ama pravam var etibarnemesiz cerme ne qederdi 40 manat
Munasib 6 Fevral 2019 22:37
Mehdizade bersad 5 Fevral 2019 00:50
Salam. Menim masinimi dayim oglu etibarname olmadan surubve qayi zaxlayib masini duracaga yerlesdirib. 3 gun sonra her ikimiz qayiya getmeliyik Bu halda her ikimize cerme yazilacaq Dayim oglunun suruculuk vesiqesi var. Men onu dayim oglu olmadan gedib cixara bilerem
Mehdizade bersad 5 Fevral 2019 00:47
Salam. Menim masinimi dayim oglu etibarname olmadan surubve qayi zaxlayib masini duracaga yerlesdirib. 3 gun sonra her ikimiz qayiya getmeliyik Bu halda her ikimize cerme yazilacaq Dayim oglunun suruculuk vesiqesi var. Men onu dayim oglu olmadan gedib cixara bilerem
Fuad 26 Yanvar 2019 10:54
Dyp emekdawlari mawinimi wtrafnoya goyub tibbi ekspertizaya gonderibler.orda meni detman gebul atdiyimi mueyyen edibler.men nevroloji ucetdayam .dermani sa reseptnen aliram.mawini wtrafnoydan goture bilmirem.deyirler ki istintaga kimi wtrafnouda galmalidi.mawinimi gaytarmamagi ne geder duzdu
Sənan Vəkilov 18 Yanvar 2019 23:26
Salam ! Əgər məktəbli sürücülük vəsiqəsi olmadan avtomobil sahibi yanında məhəllə yolunda idarə edərsə bunun cəriməsi nədir. Salam. Avtomobilin sahibine 60 manat cerime yazilacaq
Ali 4 Sentyabr 2018 22:36
Salam axsaminiz xeirli olsun menim senedim yoxdu bu gun masinimi polis apardi onun cerimesini oyrenmek isteyirdim
Avtosh 12 Sentyabr 2016 22:46
Usagliqdan arzum masin surmekdi bu qanunlari gordum masin zad istemirem qadasin alim avtobusun
SURUCU 10 Noyabr 2014 22:55
Harda gic,camaatin qanini icen qanun var bizdedi.Evde qalibsa niye cerime versin ki ay duptatdarrr
neriman 10 Noyabr 2014 22:55
melumatiniza gore cox sag olun