Bakıda piyadalar özlərini maşınların altına belə atdılar - VİDEOFAKT

Avtoreyd 10 Dekabr 2014 18:18 Oxunub 2739
Bakıda piyadalar özlərini maşınların altına belə atdılar - VİDEOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçid yoxdursa, təhlükəsizlik qaydalarına riayət etməklə yolu keçmək lazımdır

Bəzən piyadavurma hadisəsi baş verərkən çoxları zənn edir ki, günah sürücüdədir. Amma Avtosfer.az-ın təqdim etdiyi bu videolara baxandan sonra əmin olacaqsınız ki, əslində, belə deyil. Bəzən piyadalar da yol qəzası törədirlər. Daha dəqiq desək, piyadalar yol qəzalarına səbəb olur. Necə? Bu sualın cavabını tapmaq üçün videonu diqqətlə izləyin.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisələr yeni olmasa da, günümüzlə səsləşir. Yəni, bu gün də belə hadisələr baş verir. Səbəb budur ki, piyadalar yolu haradan gəldi keçmək istəyir, piyada keçidi yaddan çıxır. Bu azmış ki, özlərini göz görə-görə maşının qarşısına atırlar. Məsələn, yaşlı kişinin qəflətən yola atılması nəticəsində toqquşan avtomobillər bir yanda qaldı, bu qəzaya səbəb olan insan qaçmağa çalışdı.

Digər qəzada da eyni mənzərənin şahidi oluruq. İki piyada qəflətən yola atılır. «Jiquli» tormoz verdikdə arxadakı maşın onu vurur. Sürücü yerə normal vəziyyətdə düşsə də, qəflətən huşunu itirib yıxılır.

Əziz piyadalar! Bu videolar montaj deyil, original kadrlardır. Diqqətlə baxın və nə özünüzü, nə də başqalarını bədbəxt etməyin. Çalışın ki, piyada keçidlərindən istifadə edəsiniz. Gözlə görünən piyada keçidi varsa, vaxta görə xəsislik etmədən keçidə yaxınlaşın. Keçid yoxdursa, təhlükəsizlik qaydalarına riayət etməklə yolu keçin. Başınızı aşağı salıb qaça-qaça, telefonla danışaraq, sağa-sola baxmadan yol keçmək təhlükəlidir.

Diqqətli olun! Çünki bütün hallarda itirən yenə də piyadalar olacaq. Sürücünün uzaq başı maşını əziləcək, onu təmir etmək olur. Amma insan sağlamlığı, insan şüuru, insan həyatı təmir olunmur…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh