Avtosfer.az | Reklam
«Hyundai» 40 mindən çox sedanı geri çağırır
Al-sat 10 Dekabr 2014 23:25 9031 dəfə oxunub
«Hyundai» 40 mindən çox sedanı geri çağırır
Servis aksiyasına «Genesis və «Equus» modelləri aid edilib

Cənubi Koreyanın Hyundai avtomobil istehsalçısı 42 925 avtomobilin geri çağırılması barədə qərar qəbul edib. Avto.lent.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şirkət bu qərarı avtomobillərin stop-siqnallarının nasaz olması səbəbindən verib. Servis aksiyasına «Genesis» modelinin 2009-2011-ci il buraxılışı, həmçinin «Equus» modelinin 2011-ci il buraxılışı aid edilib. Şirkətdən bildiriblər ki, meydana gəlmiş nöqsan ucbatından baş vermiş hər hansı yol nəqliyyat hadisəsi barədə hələlik heç bir məlumat yoxdur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh