DYP kobud qayda pozan sürücülərin videosunu yaydı - VİDEO
Avtoreyd 12 Dekabr 2014 11:18 3415 dəfə oxunub
DYP kobud qayda pozan sürücülərin videosunu yaydı - VİDEO
Avtobus qoşa xəttin tələbini pozur, minik maşınının sürücüsü 80-lik yolda 240-la gedir…

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə həsr olunmuş sosial çarx hazırlayıb. İdarənin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a təqdim etdiyi videomaterialda avtobus, minik maşını, motosiklet sürücülərinin və piyadanın yol hərəkəti qaydalarını pozması faktları əksini tapıb. Videoçarx real faktlar əsasında hazırlanıb. Burada qoşa xəttin tələbini pozan avtobus sürücüsü, 80-lik yolda 240-la gedən, təhlükəsizlik kəmərini taxmayan minik avtomobilinin sürücüsü, dəbilqədən istifadə etməyən motosikletçi və piyada keçidindən istifadə etməyən piyadanın görüntüləri var. Vaqif Əsədov bildirib ki, avtobuslarla bağlı problem şələ də qalır: «Dövlət Yol Polisi İdarəsi olaraq avtobus sürücülərinin kobud qayda pozuntularına qarşı tez-tez reydlər təşkil edirik. Amma yenə də qayda pozan sürücülər var. Sürət həddinin aşılması ilə bağlı baş verən yol qəzaları da bizi narahat edir. Eyni zamanda, son vaxtlar motosiklet sürücülərinin qayda pozuntularına yol verməsi halları artıb. Onlar motosiklet sürərkən dəbilqədən istifadə etmirlər. Bəzən isə motosikletin səs borusuna müdaxilə edərək əhalinin rahatlığını pozurlar. Artıq yol polisi əməkdaşları bu il onlarla motosiklet sürücüsünü cəzalandırıb. Piyadalarla bağlı məsələ də narahatlıq doğurur. Bu videoda da göründüyü kimi, bəzən piyadalar keçidin yaxınlığında ola-ola keçidddən istifadə etmirlər. Artıq bu ilin 11 ayı ərzində cərimə olunan piyadaların sayı 100 mini keçib. Təhlükəsizlik kəmərindən istifadəyə gəldikdə isə bu sahədə vəziyyət yaxşıya doğru dəyişməkdədir. Amma biz yenə də bu məqama sürücülərin vərdiş etməsinə çalışırıq. Təhlükəsizlik kəməri qəza zamanı insanın sağ qalmasında 80 faiz rol oynayır».

Avtosfer.az həmin videomaterialı təqdim edib.

 

Elməddin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh