İsveçrə ilə Azərbaycanda əlil və uşaq arabalarına fərqli münasibət - FOTO

Xəbərlər 9 Aprel 2014 00:00 Oxunub 2329
İsveçrə ilə Azərbaycanda əlil və uşaq arabalarına fərqli münasibət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə hələ indii başlanılıb, İsveçrədə isə …

Avtosfer.az saytınıverdiyi məlumata görə, İsveçrənin Sürix şəhərində yaşayan soydaşımıElbəyi Həsənli özünüfacebook səhifəsində maraqlı bir məqama toxunub. Məsələnin Azərbaycan üçün aktual olduğunu nəzərə alaraq Elbəyinin yazdıqlarını oxucularımızla bölüşürük. «Bu fotonu Sürixdə çəkmişəm. Lütfən, diqqət edin, avtobus nomrələrinin sağında marşrutun neçə dəqiqəyə gələcəyi göstərilib. Bakıda da belə elektron lövhələr var. Amma bu lövhədə diqqətinizi baçqa bir şeyə yönəltmək istərdim. Avtobus nomrələrinin hamısının qarşısında əlil arabasının rəmzi əks olunub. Busa o deməkdir ki, əlil arabasından istifadə edən fiziki baxımdam əngəlli insanlar rahat şəkildə, yəni kimsənin yardımı olmadan avtobusa minə bilərlər. Eyni mənzərəni tranvay və qatarlarda da müşahidə etmək olar. Soruşa bilərlər ki, bu necə olur? Hə, bunun üçün Avtobuslarda xüsusi texnologiyadan istifadə olunur. Belə ki,marşrut dayanacağa çatanda avtobusun sırnişinlər istifadə edən tərəfi aşağı enir. Nəticədə dayanacağın platforması ilə avtobusun giriş qapılarının səviyyəsi eyni olur. Qapını bağladıqdan sonra avtobusda müavzinət avtomatik olaraq yenidən bərpa olunur... Tranvay və qatarlarda isə sadəcə platforma ilə giriş qapılarının səthini eyni səviyyəyə salmaqla problemi çözüblər. Yəni İsveçrədə əlil olanlar ictimai nəqliyyatdan asanlıqqla istifadə edə bilərlər. Düzdür, ölkədə olan bütün tranvay və qatarlar əlillər üçün belə imkana malik deyil. Yəni nisbətən köhnə modellərdə belə komfort yoxdur. Amma buna da əlac tapılıb. Qatarların biri mütləq əllilər üçün münasib olan vaqondan ibarət olur. Və əlil əvvəlcədən bilir ki, gələn qatarda hansı vaqon əlil arabası üçün münasibdir. Yəni elktron lövhədə bu informasiya öz əksini tapır.  Burada əllilərə qayğıdan az danışıb çox iş görürlər. Arzu edirəm ki, bizim fiziki baxımdan əngəlli insanlarımız da tezliklə belə rahat nəqliyyat vasitələrindən istifadə edə bilsinlər.

Onu da deyim ki, belə rahatlıq uşaq arabaları üçün də keçərlidir. Gənc xanımlar öz körpələri ilə istənilən nöqtədən istədikləri məkana rahat gedə bilirlər...».

 

***

Azərbaycan əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilməsi üçümüvafiq pnevmatik texniki vasitələquraşdırılmış avtobuslarıidxalına başlayıb. Bunu əməvə əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb. S.Müslümov qeyd edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir: "Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinə və "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub".

avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh