Hərbçilər ağır qəzaya düşdü: yaralılar var

Gündəm 5 May 2014 00:28 Oxunub 1643
Hərbçilər ağır qəzaya düşdü: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb

Dünən Bakı-Şamaxı magistral yolunun 24-cü kilometrliyində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Müşfiqabad qəsəbəsi yaxınlığında "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 4 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüsal Məmmədov hadisə yerinə yollanıb. Ans-in verdiyi məlumata görə, qəzada yaralanan 4 nəfər hərbçi olub. Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh