Bakıda diskotekadan qızla çıxan sürücü görün nələr etdi - VİDEO

Avtoreyd 13 Dekabr 2014 02:28 Oxunub 14742
Bakıda diskotekadan qızla çıxan sürücü görün nələr etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş vəziyyətdə avtomobili idarə etmək, sürət həddini aşmaq o dünyaya «təkərli tabut»da getmək deməkdir

Azərbaycanda yol qəzalarının qarşısının alınmasında təbliğatın gücləndirilməsi olduqca önəmlidir. Bu proses bütün dünyada gedir və müəyyən nəticələr də əldə olunub. Artıq ölkəmizdə ictimai təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə dair müəyyən addımlar atmağa başlayıblar. Bunlardan biri də «Yol terroruna son» layihəsidir. İsmayıl İsmayılın rəhbərlik etdiyi layihə Prezident yanında Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib gəlib. Layihə çərçivəsində üç vidoçarx hazırlanıb. Onlardan biri də sərxoş vəziyyətdə avtomobil idarə edənlərə və sürət həddini aşanlara həsr olunub. Videoçarxda diskotekada əylənən sürücünün sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi, yolda isə sürəti aşaraq başqa bir maşınla yarışa çıxması və bunun nəticəsində də yol qəzasının baş verməsi əksini tapıb. Bütün bunlar müəyyən mənada reallığı da əks etdirir. Çünki bu gün gənclər arasında sərxoş halda avtomobil idarə edənlər, sürət həddini aşanlar çoxluq təşkil edir. Gənclər Fondunun bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir. Sosial çarxın rejissoru Elvin Abdullayevdir.

Avtosfer.az layihə çərçivəsində çəkilmiş videoçarxlardan birini təqdim ndir. Digərlərini də təqdim edəcəyik.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh