Bakılı gənc Polşada «Opel»i 200-lə sürdü – VİDEO - FOTO

Avtoxəbər 5 May 2014 00:30 Oxunub 3345
Bakılı gənc Polşada «Opel»i 200-lə sürdü – VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əhməd Şahidov: Bu yolda 140-la sürəndə arxadan siqnal verirlər ki, yoldan çıx»

Bakıda yaşayan TURSAM rəhbəri Əhməd Şahidov Avropaya işgüzar səfəri zamanı Avtosfer.az saytının xahişi ilə Avropa magistral yollarının keyfiyyət və sürət həddini oxuculara nümayiş etdirmək məqsədilə Polşa-Çex avtobanında test yürüşü edib. «Opel» markalı avtomobillə mayın 4-də Polşa-Çex sərhəddindəki yüksək sürətli avtobanda hərəkət edən Əhməd Şahidov avtobanda hərəkətin necə maraqlı, rahat və təhlükəsiz olduğunu azərbaycanlı sürücülərə, eləcə də yol təsərrüfatı ilə məşğul olan aidiyyatı qurumlara çatdırmaq istəyr. Ə.Şahidov bildirib ki, orada avtobana daxil olarkən sürət limitinin olmadığı barədə yol nişanı var: «Bu yolun uzunluğu 560 km təşkil edirdi. Minimum sürət 140 km/saat idi. Hər 100 kilometr üçün 15 avro ödəyib yola daxil olursan. Əgər pulun yoxdursa və bu yoldan istifadə etmək istəmirsənsə, alternativ yolla gedə bilərsən. Alternativ yol isə daha uzun və bir qədər də keyfiyyətsizdir. Burada sürət limiti olmasa da, 140-la sürəndə arxadan siqnal verirlər ki, yoldan çıx».


Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh