Yol polisinə rep qoşub klip çəkdilər – VİDEO

Avtoreyd 14 Dekabr 2014 00:56 Oxunub 4491
Yol polisinə rep qoşub klip çəkdilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dinlə ay rəis; nə istəyirsən elə, amma «pravam»ı yazma…

Dövlət Yol Polisi əməkdaşlarına mahnı, meyxana qoşanlar çox olub. Bu dəfə isə DYP əməkdaşlarına ürək sözlərini rep vasitəsilə çatdırıblar. Repdə cavanlıqda avtomobillə min oyundan çıxdığını deyən sürücü DYP əməkdaşından sürücülük vəsiqəsinin yazılmamasını xahiş edir. Bu rep bir növ DYP-dən narazı qalan sürücünün fikirlərini əks etdirir. Narazılıq da ondan yaranıb ki, yol polisi onu cərimələyib…

Sosial şəbəkələrdə yayılan videoda kobud qayda pozan sürücü əks olunub. Zaqatala rayonunda özünün törətdiyi xətaları maşındakı videoreqistrator vasitəsilə qeydə alan sürücü hətta yol polisi əməkdaşına tabesizlik göstərməsini də sosial şəbəkələrdə yayıb. Düzdür, video özü köhnədir. Amma «klip»i sosial şəbəkələrdə bu ilin oktyabr ayında yayıblar.

Avtosfer.az həmin repi və ona çəkilmiş «klipi» təqdim edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh