Sükan arxasında «WhatsApp»a girən sürücü azyaşlını belə vurdu – VİDEO
Avtoreyd 14 Dekabr 2014 20:15 1761 dəfə oxunub
Sükan arxasında «WhatsApp»a girən sürücü azyaşlını belə vurdu – VİDEO
Sürücünün diqqəti xanımla aralarında mübahisəni aradan qaldırmasına yönəldiyi üçün yolu keçən qızı gec görür

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə sükan arxasında olarkən mobil telefondan istifadə zamanı baş verə biləcək faciələrə həsr olunmuş sosial çarx hazırlanıb. Sosial çarxın əsas mahiyyəti ondan ibarətdir ki, sükan arxasında mobil telefonla danışmaq sürücülərin və ətrafdakıların həyatı üçün təhlükəlidir. Sosial çarxda oğlan işdə iclas olduğu üçün xanımla təyin etdiyi görüşə gecikir. Bu zaman xanım telefon vasitəsi ilə ona narazılığını bildirməyə başlayır: “Sənin üçün bizim münasibətimiz həmişə adi olub, mən səni gözləyirəm, sən isə hələ də işdəsən”. 

Oğlan iclasdan birtəhər çıxır və mobil telefonla qıza bildirir ki, o artıq yoldadır, çatır. Xanım oğlandan inciyir və onun yazılarına cavab vermir. Sosial çarxın qəhrəmanı buna görə həyəcan keçirir və avtomobili idarə edərək mobil telefondan istifadə edib xanımın ona cavab verməsi üçün yazılar göndərir. Sürücünün bütün diqqəti xanımla aralarında mübahisəni aradan qaldırmasına yönəldiyi üçün o piyada keçidindən keçən gənc qızı gec görür. 

Sürücü xanımın cavab verməsinə nail olsa da, qızcığazın həyatına son qoyur.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində paytaxt ərazisində 850 yol qəzası baş verib. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Baş verən qəzaların 51%-i piyadaların vurulması ilə nəticələnib.

Sosial çarxın rejissoru Elvin Abdullayevdir.

 

Fidan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh