Bakıda ağır qəza; günahkar kimdir – YENİ VİDEO

Öyrənək 16 Dekabr 2014 02:20 Oxunub 3422
Bakıda ağır qəza; günahkar kimdir – YENİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xətai prospektində «Nissan» və «Mersedes» toqquşub, sürücülərdən biri yaralanıb

Bakının Nərimanov rayonu, Xətai prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameralarında qeydə alınan bu hadisədə sürücülərdən biri kobud yol hərəkəti qaydası pozuntusuna yol verir ki, bu adı ağır qəzaya səbəb olur.

Avtosfer.az-ın təqdim etdiyi videodan aydın olur ki, Xətai prospektində düzünə hərəkətdə olan «Nissan» markalı avtomobil əks yolda hərəkət edərək qəflətən sola dönən «Mersedes»lə toqquşur. Qəza zamanı «Nissan»ın sürücüsü xəsarət alır.

Oxucularımızlı birlikdə bu suallara cavab tapmağa çalışacağıq. Sizcə, bu qəzada günahkar kimdir? «Mersedes»in sürücüsü həmin yolayrıcında dönmə əməliyyatı apara bilərdimi? «Nissan»ın sürücüsü ona yol verməli idimi? Cavabınız bizim üçün maraqlıdır. Təbii ki, yekunda Avtosfer.az saytı olaraq bu qəza ilə bağlı mövqeyimizi bildirəcəyik. Sadəcə olaraq, gəlin, biliklərimizi bir daha yoxlayaq…

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh