Təyyarədə stüardessanı diz çökdürdülər və… - FOTO

Maraqlı 15 Dekabr 2014 13:56 Oxunub 2402
Təyyarədə stüardessanı diz çökdürdülər və… - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət rəhbərliyi biznes klassda fındığın boşqab əvəzinə paketlə servis olunmasına əsəbiləşib

Cənubi Koreya hava yollarına məxsus təyyarədə müştəri ilə münaqişəyə girmiş Park Çanq Jin adlı stüardessa təyyarədən endirilməzdən əvvəl diz çöküb üzr istəməyə məcbur edilib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hava yollarının sədr müavini Heather Ço Nyu-Yorkdan Cənubi Koreyanın İnçeon şəhərinə gedən təyyarə uçuş zolağında irəliləyərkən biznes klassda fındığın boşqab əvəzinə paketlə servis olunmasına əsəbiləşib. Ço təyyarəni saxladıb və stüardessanı aşağı salıb. Hadisənin təfərrüatı ictimaiyyətə məlum olandan sonra Ço baş verənlərə görə üzr istəyərək tutduğu vəzifədən istefa verib. Təhqir edilmiş stüardessa Park Çanq Jin yerli KBS-i televiziyasına müsahibəsində Nyu-Yorkdan ölkəyə başqa təyyarə ilə qayıtdığını bildirib: “Çalışdığım aviaşirkətin nümayəndələri ifadəmdə Çonun təhqiredici ifadələr işlətmədiyi və təyyarədən öz istəyimlə aşağı düşdüyümü yazmağı tələb edirlər”.

Cənubi Koreya hava yolları ilk əvvəl Çonu müdafiə etsə də, sonradan stüardessadan üzr istəyiblər. Heather Çonun stüardessadan şəxsən üzr istəmək üçün onun evinə getdiyi, ancaq qadın evdə olmadığı üçün məktub qoyduğu deyilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh