DYP sürücülərə və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir

Gündəm 5 May 2014 11:29 Oxunub 1519
DYP sürücülərə və piyadalara qarşı mübarizə tədbirlərini gücləndirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Piyadalar, diqqətli olun!» şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən «Piyadalar, diqqətli olun!» şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib. Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, mayın 11-dək respublika ərazisində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısının alınması məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatın daha da gücləndirilməsi, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

Qeyd edək ki, statistik məlumatlara əsasən, bu ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə nəticələnən qəzalar ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.


Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh