Avtobusla "Nissan" toqquşub, altı nəfər xəsarət alıb

Gündəm 5 May 2014 12:01 Oxunub 1666
Avtobusla "Nissan" toqquşub, altı nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb

Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Nissan” markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh