Cərimədən yayınmağın yeni üsulu - «Nissan»dan hiyləgər reklam – VİDEO
Avtoreyd 17 Dekabr 2014 19:33 1985 dəfə oxunub
Cərimədən yayınmağın yeni üsulu - «Nissan»dan hiyləgər reklam – VİDEO
Polis vəziyyəti belə gördükdə cərimə yazmadan oradan uzaqlaşmağa başlayır

«Nissan» avtomobilinin yeni reklam roliki sosial şəbəkələrdə geniş marağa səbəb olub. Avtosfer.az-ın məlumatına görə, bu videoda «Nissan» markalı avtomobil dayanma-durma qaydasını pozub. Yol polisi cərimə yazmaq üçün maşina yaxınlaşdıqda görür ki, sürücü yarıya kimi maşının altına girib təmirlə məşğuldur. Polis vəziyyəti belə gördükdə cərimə yazmadan oradan uzaqlaşmağa başlayır. Bu zaman avtomobilin əsl sürücüsü olan xanım maşina yaxınlaşır və bayaqdan maşının altına uzanmış «kişi»ni qaldırıb maşının yük yerinə atır. Məlum olur ki, sən demə, maşina altında görünən kişi bədəni kukla imiş…

 

Fidan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh