Bakıda veloyürüşü keçiriləcək

Maraqlı 17 Dekabr 2014 16:58 Oxunub 1773
Bakıda veloyürüşü keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir yekunlaşdıqdan sonra kiçik yaşlı uşaqlara yeni il hədiyyələri veriləcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək. SİA-nın məlumatına görə, veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq. AVİF bütün velosiped həvəskarlarını dekabrın 27-də yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh