Sürücülərin nəzərinə; yollar yenə bağlanır

Gündəm 5 May 2014 15:45 Oxunub 1583
Sürücülərin nəzərinə; yollar yenə bağlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd, beynəlxalq velosiped turunda iştirak edən velosipedçilərin və tamaşaçıların təhlükəsizliyini təmin etməkdir

Azərbaycanda “Tour d Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, may ayının 7-də saat 09.00-dan mayın 11-i saat 11-00 qədər Bakıda keçiriləcək “Tour dAzerbaidjan” beynəlxalq velosiped turunda iştirak edən velosipedçilərin və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə Neftçilər, Nobel, Heydər Əliyev, Bülbül, Parlament prospektlərində, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Puşkin, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, eləcə də Dövlət  Bayrağı Meydanından Dairəvi yol və Nobel prospekti – Zığ şosesi istiqamətlərində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh