İnsanları tənbeh edən keşiş 110 minlik "Porsche"-ni satmalı oldu - VİDEO

Avtosfer TV 20 Noyabr 2017 23:39 Oxunub 1389
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanlar din xadiminə qarşı xüsusi iddialar siyahısı tərtib ediblər

Polşanın cənubunda yerləşən Kasina Velka kəndinin keşişi Veslav Matsyaşek, kilsəyə gələn kənd sakinlərini “aşağı davamiyyət” göstərmələri ilə bağlı təəssüf hissi keçirdiyini dilə gətirməklə, öz başına əməlli iş açıb. Belə ki, buna cavab olaraq insanlar din xadiminə qarşı xüsusi iddialar siyahısı tərtib edərək, kilsənin internet-saytında dərc ediblər. İddialar siyahısına kənd sakinləri keşiş Veslav Matsyaşekın  istifadə etdiyi qiyməti təxminən 110 min dollar olan Porsche avtomobilini də daxil ediblər.

Baş vermiş qalmaqalla bağlı keşiş avtomobili satacağı ilə bağlı yazılı surətdə elan verib. O həmçinin qeyd edib ki, “əgər kimsə özünü təhqir edilmiş hiss edirsə, buna Veslav Matsyaşek çox təəssüf edir”. Keşiş həmçinin dini ayin zamanı üzrxahlıq edib və bildirib ki, əldə edilən gəlir xeyriyyə işlərinə sərf ediləcək.

 

Avtoreyd

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh