Milyonçu ərəb şeyxlərinin maşınları - FOTO

Maraqlı 18 Dekabr 2014 12:48 Oxunub 2391
Milyonçu ərəb şeyxlərinin maşınları -  FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların zəngin və dəbdəbəli həyatları sərhəd tanımır

Ərəb şeyxlərinin zəngin və dəbdəbəli həyatları sərhəd tanımır. Qızıl qapılı saraylar, pullarla, qızılla örtülmüş ən son model avtomobillər, dəbdəbəli dizayn edilmiş şəxsi təyyarələr, saraylarında saxlanılan yırtıcı heyvanlar və daha nələr. Zəngin ərəblər yaşadıqları evləri ilə kifayətlənməyib, şəxsi təyyarələrini də əsl saraya çevirirlər. Onlar sərnişin təyyarələrini alaraq içlərini tamamilə boşaldır və yenidən dizayn edirlər. Sözsüz ki, VİP kabinələrin dizaynı dəyişdiriləndən sonra qiymət də dəyişir. Məsələn, dünyanın ən uzun təyyarəsi "Boeing 747-8"in qiyməti adi halda 356,9 milyon dollar (280 milyon manat) idisə, içi dəyişdiriləndən sonra 700 milyon dollara çatır (549 milyon manat). Belə təyyarələrin içərisi isə quruluşu və görünüşü ilə göz qamaşdırır. Təyyarələrin içərisində müxtəlif geniş və ən son dəbə uyğun otaqlar, avtomobillər üçün park etmə yerləri və s. Məsələn, Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Talalın bir neçə şəxsi təyyarəsi var və onun təyyarələrinin birində içərisində royal olan konsert zalı, hətta şəxsi taxtı da var. ANS PRESS oxuculara şeyxlərin yaşadığı həmin lüks həyatı əks etdirən şəkilləri təqdim edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh