Üzərindən qatar keçdi, amma sağ qaldı - Şok VİDEO

Avtosfer TV 26 Noyabr 2017 23:59 Oxunub 1369
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük qatarı keçib getdikdən sonra relslərin arasından çıxaraq oradan uzaqlaşıb

Hindistanda bir dəmir yolu vağzalında çəkilən görüntülər izləyənləri heyrətləndirir. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 38 vaqonlu yük qatarı vağzaldan keçərkən dəmir yolu relslərinin arasında uzanan adam hər kəsi oraya toplayıb. Relslərin arasında uzanan adamın qarşı tərəfə keçmək istəyərkən orada qaldığı ehtimal olunsa da, bu barədə heç kim dəqiq məlumat verməyib. Üzərindən qatar keçərkən qorxan adam özünü relslərin arasına sıxaraq qatarın keçib getməsini gözləyib. Hadisənin şahidi olan bəzi insanlar telefonla bu anın videosunu çəkiblər. Yük qatarı keçib getdikdən sonra həmin adam relslərin arasından çıxaraq oradan uzaqlaşıb. Sosial şəbəkələrdə yayılan bu videoya qısa müddət ərzində minlərlə sosial şəbəkə istifadəçisi baxıb.

Həmin görüntünü oxuculara təqdim edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh