Dayanacaqların bir-birinə yaxın qoyulması mübahisələrə səbəb olur - VİDEO

Avtosfer TV 27 Noyabr 2017 23:57 Oxunub 1859
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər sürücülərin avtobusu çox vaxt yalnız bir dayanacaqda saxladıqlarını deyirlər

Dayanacaqların bir-birinə yaxın qoyulması sürücülər ilə sərnişinlər arasında mübahisəyə səbəb olur. Sürücülər avtobusu hansı dayanacaqda saxlayacaqlarına qərar verə bilmirlər. Avtosfer.az-ın məlumatına görə, məsələn, Sumqayıtın Babək küçəsində iki dayanacaq arasında cəmi 15-20 metr məsafə var. Yanaşı dayanacaqlar sərnişinlər üçün də problemə çevrilib. Onlar sürücülərin avtobusu çox vaxt yalnız bir dayanacaqda saxladıqlarını deyirlər.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən aldığımız məlumata görə, şəhər ərazisində yeni dayanacaqlar quraşdırılır. Belə olan halda köhnə dayanacaqlar yeniləri ilə əvəz olunur. Dayanacaqların bir-birinə yaxın yerləşməsindən isə idarənin xəbəri var. Yaxın günlərdə həmin dayanacaqlardan biri götürüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh