Hansı qayda pozuntularına görə 5 bal tətbiq olunacaq - İZAH

Yeniliklər 5 May 2014 17:57 Oxunub 3701
Hansı qayda pozuntularına görə 5 bal tətbiq olunacaq - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni dəyişiklik iki xətaya görə məsuliyyəti sərtləşdirib; sürücülük hüquqi məhdudlaşdırılmasa da, bal yazılaccaq

Xəbər verdiyimiz kimi, mayın 2-də Milli Məclisdə yol hərəkəti qaydalarını pozmaya görə İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Avtosfer.az saytı xəbər verir ki, dəyişikliklərdən biri cərimə ballarının 20-yə qədər artırılmasıdır. Bu zaman törədilməsinə görə cərimə balı nəzərdə tutulan qayda pozuntularının cərimə balları elə əvvəlki sayda saxlanılıb. Amma cərimə balı nəzərdə tutulan qayda pozuntuları sırasına 2 yenisi əlavə olunub. Özü də hər ikisində tam yeni bir məzmunda. Bunlardan birincisi İXM-in 151.5-ci maddəsində nəzərdə tutulan qayda pozuntusu, yəni yol hərəkətinin bir sıra qaydalarını pozaraq zərərçəkmişin sağlamlığına yüngül zərər vurmaqla qəza törətmədir. İkincisi isə İXM-in 152-1.1-ci maddəsində nəzərdə tutulan xəta, yəni ilk dəfə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdir. Hazırda bu xətalardan birincisinə görə 200 manat cərimə və ya 2 aydan 1 ilədək sürücülük hüququnun məhdudlaşdırılması, ikincisinə görə isə 300 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Yeni dəyişikliyə əsasən, bu xətalardan hər hansı birini törətmiş şəxsə məhdudlaşdırma yox, pul cəriməsi tətbiq olunarsa, onun hesabına 5 cərimə balı da yazılacaq. Deməli, yeni dəyişiklik bu iki xətaya görə məsuliyyəti əslində sərtləşdirib.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh