“Priora” cəmi 7 min manata?

Al-sat 19 Dekabr 2014 21:14 Oxunub 19158
“Priora” cəmi 7 min manata?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan avtomobil alır

Dağıstanda (Rusiya Federasiyası) avtomobil satışı mərkəzləri həm yerli, həm də xarici istehsal olan avtomobillərə tələbatın kəskin artdığını qeyd edirlər. Avtosfer.az-ın məlumatına görə, oxu.az “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, avtodilerlər öz xarici avtomobil ehtiyatlarını satmağa başlayıbar və gələn ilin mayınadək yeni maşın tədarükünün olmayacağından ehtiyat edirlər. Rusiyanın valyuta bazarında tərəddüdlərin başlaması ilə yeni avtomobillərə kütləvi tələbat yaranıb. “Yaxın vaxtlarda çətin ki, avtomobil gətirilsin, amma Rusiyada anbarlar boşalıb. Alıcıların əsas axını bu həftə müşahidə olunmağa başlayıb. Görünür insanlar düşünüblər ki, qiymətlər iki dəfə bahalaşacaq və mağazalara axışıblar. Qiymətlər həqiqətən də hər gün bahalaşırdı. Bir çoxları avtomobil almaq üçün artıq pul ödəməyə hazır idi”, - deyə, Mahaçqalanın “Vostok-avto” avtosalonunun meneceri bildirib.

Şahidlər həmçinin bildirirlər ki, son iki gündə Mahaçqalaya Azərbaycan vətəndaşlarının kütləvi axını müşahidə olunur və onlar aktiv şəkildə Rusiya avtomobillərini satın alırlar. Azərbaycanlıların ən çox üstünlük verdikləri “Priora” avtomobilidir. Son günlər avtomobilin qiyməti rekord həddə - 600 min rubla çatıb (7 min 740 Azərbaycan manatı). Eyni zamanda Azərbaycanda bu modeldən olan avtomobillərin qiyməti 9 min 400 – 11 min manat arasında dəyişir (komplektasiyasından asılı olaraq).

Hazırda Dağıstanın avtomobil salonlarında “Priora” markalı yeni avtomobil demək olar ki, qalmayıb.

Qeyd edək ki, son aylar Rusiya valyutası olan rublun digər valyutalar, o cümlədən Azərbaycan manatına nisbətdə ucuzlaşması müşahidə olunur.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh