Bakıda "Hilton" otelin qarşısında dəhşətli qəzalardan - ŞOK VİDEO

Avtoreyd 20 Dekabr 2014 00:59 Oxunub 5506
Bakıda "Hilton" otelin qarşısında dəhşətli qəzalardan - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər dönmə əməliyyatını düzgün yerinə yetirmir, ərazidə nişan çatışmazlığı var

İzlədiyiniz bu qəzalar Hökumət evinin qarşısında, Azadlıq meydanının baş tərəfində qeydə alınıb. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə görüntülənən qəzaların başvermə səbəbi eynidir…Əvvəlcə onu qeyd etmək lazımdır ki, həmin ərazidə 8 zolaqlı yol var. Bəzi sürücülər dönmə əməliyyatını düzgün yerinə yetirməyərək 3-4-cü zolaqdan sola, yəni, «Hilton» otelinə tərəf dönməyə çalışırlar. Bu da ağır qəzaya səbəb olur. Əslində isə vurğulamaq yerinə düşər ki, həmin yolda sadəcə birinci və ikinci zolaqda, asfalt üzərində sola dönməni bildirən yol nişanları mövcuddur. Təəssüflər olsun ki, bəzi sürücülər həmin ərazidə 1-2-ci zolaqda hərəkət edərkən sola dönmədən hərəkəti davam etdirirlər. Bunu görə bəzi sürücülər də 3-4-cü zolaqdan sola manevr edirlər. Bu halda əlbəttə, qəza qaçılmazdır. Görüntülərə diqqətlə baxsanız görərsinizki, «Range Rover» markalı avtomaşın hətta 8-ci zolaqdan 1-ci zolağa keçməyə cəhd edir və bu da qəza ilə nəticələnir. Əlbəttə, bunu yalnız təcrübəsiz və ya başqalarına yuxarıdan aşağı baxan sürücülər edə bilər. Digər bir mühim məqam isə həmin ərazidə sürücülərin əksəriyyətinin sürət həddini aşmasıdır. Normal sürətdə gördüyünüz bu qəzalardan yayınmaq olar. Amma bəzən qəzalar elə yüksək sürətdə törədilir ki, maşınlar aşır. Odur ki, videoları izləyib bu mətni də oxuduqdan sonra Hökumət evinin qarşısında "qazınızı" alın və yaxud da, sola dönəcəksinizsə 8-ci zolaqla yox, birinci və ikinci zolaqla hərəkət edin!

Həmin ərazidə qəzaların baş verməsinin başqa bir səbəbi isə yolların düzgün nişanlanmamasıdır. Belə ki, qəzaların baş verdiyi nöqtədən 100-150 metr əvvəldə yolun üstündə, yəni asma qaydada yol nişanları yerləşdirib istiqamətləri göstərməklə sürücüləri əvvəlcədən xəbərdar etmək olar. Hər halda, aidiyyatı orqanlar bu barədə ciddi düşünməlidir. Çünki həmin ərazidə yol qəzaları demək olar ki, hər gün baş verir.

Bu videoları təqdim etməkdə məqsədimiz odur ki, həmin ərazidə bu tip oxşar qəzalar tez-tez baş verir və təcili tədbir görülməsinə ehtiyac var. İki gün əvvəl həmin ərazidə keçmiş deputat Əliməmməd Nuriyevin də idarə etdiyi «Mitsubishi-Pajero» markalı avtomobillə eyni formada qəzaya düşməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Əslində isə bu ərazidə yol hərəkətinin təşkilindəki problemlərə diqqəti çəkməyi özümüzə borc bilirik. Çoxzolaqlı yollarda hərəkətin sadəcə asfalt üzərindəki nişanlarla (bəzən o nişanlar da görünmür) tənzimlənməsi doğru yanaşma deyil. Hər halda, Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin bu cür məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Əks halda, belə qəzaların videoları hələ çox olacaq.

 

P.S. Bu videoda təqdir olunası bir məqam var ki, qəza baş verdikdə ətrafdakı insanlar dərhal yığılıb qəzaya düşənlərə kömək edirlər. Yığılıb qaydalara da əməl etməyi öyrənsəydik…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh