Goranboyda ağır qəza: ikisi qardaş olmaqla 3 nəfər öldü - VİDEO

Avtosfer TV 13 Dekabr 2017 23:43 Oxunub 1504
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyitlər hadisə yerinə cəlb edilən xilasedicilər tərəfindən avtomobildən çıxarılıb

Yük avtomobili minik maşını ilə toqquşub, 3 nəfər dünyasını dəyişib. Avtosfer.az.az-ın məlumatına görə, ağır qəza bu gün səhər saatlarında Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndindən keçən hissəsində baş verib. Toqquşma nəticəsində minik maşınının sürücüsü Elçin Əsgərov və onun sərnişinləri Kamil Qəhrəmanov, Tural Əsgərov dünyasını dəyişiblər. Qəzadan sonra minik maşını deformasiya uğradığından meyitlər hadisə yerinə cəlb edilən xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq adiyyati üzrə təhvil verilib. Qəza zamanı dünyasını dəyişənlərdən 2-si qardaşdır. Hadisənin baş vermə səbəbləri araşdırlır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh