Taksi sürücüləri ölkəmizi belə biabır etdi - Gizli çəkiliş - VİDEO

Avtosfer TV 17 Dekabr 2017 01:06 Oxunub 16447
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5-6 manatlıq yolu 50 dollara aparırlar

Bakıda məşhur video blogger Yalçın Almamedov maraqlı sosial test keçirib. Avtosfer.azz xəbər verir ki, bu dəfə blogger taksi sürücülərinin dürüstlüyünü sınağa çəkib. Belə ki, blogger özünü onlara turist kimi təqdim edərək sürücülərdən onu müxtəlif istiqamətlərdə aparmasını xahiş edib. Ərəb, rus və iranlı turist kimi özünü taksi sürücülərinə təqdim edən blogger sürücülər tərəfindən aldadılır. Belə ki, o, özünü ərəb turist kimi təqdim edərək 50 dollara 28 May metro stansiyası yaxınlğından 20 Yanvar metrosuna aparmasını xahiş edir. Sürücülər isə bu qiymətlə razılışırlar. Halbuki həmin məsafənin qət edilməsi istənilən taksi ilə maksimum 5-6 manat civarındadır.

Sözügedən sosial çarxdan olan kadrları sizə təqdim edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh