Avtosfer.az | Reklam
Audi yeni “Q7”-ni təqdim etdi – FOTO
Al-sat 22 Dekabr 2014 13:04 9330 dəfə oxunub
Audi yeni “Q7”-ni təqdim etdi – FOTO
74 min dollardan başlayan qiymətə satışa çıxarılacaq

“Audi” ikinci nəsil “Q7”-ni təqdim edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yeni model ABŞ-ın Detroyt şəhərində debüt olunacaq, doğma Almaniyada isə 2015-ci ilin yaz mövsümündə 74 min dollardan başlayan qiymətə satışa çıxarılacaq.

Avtomobilin qabariti: 5,05×1,97×1,74 metr təşkil edir. “Audi Q7” 3 litrlik dizel mühərriklə (218 və 272 at gücü) 100 kilometrə 5,7 litr yanacaq sərf edir. Avtomobil 3 litrli V6 şəklində olan benzin mühərriklə (333 at gücü) 100 kilometrə 7,7 litr yanacaq sərf edir. Avtomobilin 100 km-ə qədər sürətlənməsinə 6,1 saniyə sərf olunur.

 

Avtomobilin geniş təqdimatı 2015-cü ilin yanvarında ABŞ-ın Detroyt şəhərində keçiriləcək. “Audi Q7” üçün sifariş gələn ilin yaz mövsümündən başlayacaq.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh