Paytaxtda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır

Gündəm 6 May 2014 13:55 Oxunub 1680
Paytaxtda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi həyata keçiriləcək

Bu axşam Bakıda daha bir neçə yol təmirə bağlanacaq. Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Füzuli, Şamil Əzizbəyov küçələri və Bülbül prospektində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh