11 gün yağış suyu içib - sağ qaldılar - VİDEO

Maraqlı 23 Dekabr 2014 15:21 Oxunub 1736
11 gün yağış suyu içib - sağ qaldılar -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Steven və azyaşlı övladları bir müddət xəstəxanada həkim nəzarətində qalacaq

Avstraliyada iki azyaşlı övladı ilə uzaq yola çıxan atanın başına gələnlər xalqı şoka salıb.   Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, yaşayış məskənindən uzaq ərazidə avtomobilin palçığa ilişməsi Steven və onun iki azyaşlı oğlunun həyatını təhlükəyə atıb. Avtomobilin palçığa batdığı yer ən yaxın şəhərdən 150 km uzaqdır. Telefon siqnalının da tutmadığı bölgədə aciz qalan Steven və uşaqların möcüzə və Allaha sığınmaqdan başqa çarəsi qalmayıb. Steven tezliklə xilas olunacaqlarını ümid etsə də, bu yalnız 11 gün sonra mümkün olub. Bu müddətdə ata və uşaqlar yağış suyu içməklə  özləri ilə götürdükləri cüzi miqdarda çörəklə qidalanıblar. O ki, qaldı Steven və uşaqların necə tapılmasına, dekabrın 11-dən bu yana  itkin düşən ailə təsadüf nəticəsində, bir fermerin sayıqlığı  sayəsində tapılıb. Fermerin onların yerini müəyyənləşdirməsindən sonra polis və xilasetmə dəstələri avtomobilin olduğu yerə cəlb olunub. 11 gün ərzində kiflənmiş çörək parçası və yağış suyu ilə qidalanan Steven və azyaşlı övladları bir müddət xəstəxanada həkim nəzarətində qalacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh