Polislərlə ayının qaçdi-qovdusu - VİDEO

Maraqlı 24 Dekabr 2014 17:45 Oxunub 1744
Polislərlə ayının qaçdi-qovdusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saatlarla davam edən qaçdı qovdu əkin sahələrindən birində müvəqqəti yekunlaşıb

Bu ayı belə getsə şəhərdə komendant saatı elan etdirəcək. ABŞ-ın Arizona ştatında  yaşayış məskəninə daxil olan qonur ayı polisləri hərəkətə keçirib. Feniks şəhərində həyəcana səbəb olan  yırtıcını yaxalamaq üçün onlarla polis maşını bölgəyə göndərilsə də, əyripəncəni tutmaq mümkün olmur ki, olmur. Saatlarla davam edən qaçdı qovdu əkin sahələrindən birində müvəqqəti yekunlaşıb. Bütün cəhdlərə baxmayaraq yırtıcını  mühasirəyə ala bilməyən asayiş keşikçiləri hərdən ayının izini də itirib. Ağacların arasında gözdən itən yırtıcının yerini  əraziyə cəlb olunan helikopter vasitəsilə tapmaq mümkün olub. Bununla belə, polislərin gəlib-gəlmədiyini anlamaq üçün tez-tez ətrafa göz gəzdirən ayı sonadək qaçmağa müvəffəq olub. Ayını yaxalaya bilməyən, bununla belə yırtıcını qovaraq insan məskənindən uzaqlaşdıran polislər axtarışları müvəqqəti dayandırıb. Polislər,  insanlardan qorxub qaçan yırtıcının geri dönməyəcəyinə ümid edir. Dİgər tərəfdən,  bu ayı ilk göründüyü yerdə  süstləşdirici iynə ilə zərərsizləşdiriləcək.  Əlaqədar qurumlar ac qaldığı üçün insan məskəninə üz tutan ayını yaxalayacaqları təqdirdə uzaq ərazidə təbiət qoynuna buraxacaqlarını bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh