Avtomobil klinikanın ikinci mərtəbəsinə çırpıldı: 2 yaralı

Avtosfer Foto 15 Yanvar 2018 09:43 Oxunub 1640
Avtomobil klinikanın ikinci mərtəbəsinə çırpıldı: 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü narkotik vasitədən istifadə etdiyini etiraf edib

ABŞ-da avtomobil stomatoloji klinikanın ikinci mərtəbəsinə çırpılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Los Angeles Times" yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Santa-An şəhərində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil klinikanın ikinci mərtəbəsinə çırpılıb. Nəşrin xəbərində bildirilir ki, sürücü narkotik vasitədən istifadə etdiyini etiraf edib. Hadisə zamanı sürücü və 1 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yanğınsöndürmə xidmətinin əməkdaşları avtomobili binadan çıxarmaq barədə tədbir görürlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh