Avtomobillərin qənimi saxlanıldı - BAKIDA

Gündəm 26 Dekabr 2014 12:30 Oxunub 1330
Avtomobillərin qənimi saxlanıldı - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan şəxsin törətdiyi əmələllərin sayı hələ dəqiqləşməyib

Bakıda avtomobillərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Abdulla Hüseynov tutulub. Avtosfer.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Abdulla Hüseynov Yasamal rayon 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq araşdırmaları ilə müəyyən olunub ki, Abdulla Hüseynov avqustun 2-də Bakıxanov küçəsində Ruslan Məmmədova məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 1000 manat, dekabrın 15-də Azərbaycan prospektində Rauf Babayevə məxsus “Prado” markalı avtomobildən 280 manat, dekabrın 20-də S.Salayev küçəsində Bakı şəhər sakini Arzu Qurbanovaya məxsus “Nissan” markalı avtomobildən 6392 manat, dekabrın 22-də İnşaatçılar prospektində Bakı şəhər sakini Ağababa Dadaşova məxsus “Ford” markalı avtomobildən içərisində 300 manat və şəxsi sənədlər olan əl çantalarını, pul kisələrini və mobil telefonları talayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh