Qar şəhəri iflic etdi: avtomobillər 11 saat tıxacda qaldı - FOTO

Gündəm 26 Dekabr 2014 13:44 Oxunub 1502
Qar şəhəri iflic etdi: avtomobillər 11 saat tıxacda qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhər başlayan qar gün ərzində davam edib və Rusiya paytaxtında həyat iflic olub

Ötən gündən Moskvaya güclü qar yağmağa başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səhər başlayan qar gün ərzində davam edib və Rusiya paytaxtında həyat iflic olub. Hava limanlarında çətin vəziyyət yaranıb. Gün ərzində yüzlərlə təyyarə reysi gecikib. 4 təyyarə Moskvaya eniş edə bilmədiyindən Nijni Novqoroda uçub. Ən çətin vəziyyət isə avtomobil yollarında yaranıb. Moskva 11 saat ərzində 10 ballıq tıxacda qalıb. Bu, Moskvanın tarixində ən böyük tıxac hesab olunur. Bəzi sürücülər tıxacdan çıxmaq üçün 10 saat gözləməli olublar. Şəhər sakinlərinin böyük əksəriyyəti işə vaxtında çata bilməyib, dövlət rəsmilərinin iştirakı planlaşdırılan bir sıra tədbirlər baş tutmayıb. Güclü qar Moskvadakı yol qəzalarının sayında da rekord artıma səbəb olub. Ötən gün Rusiya paytaxtında 500-dən çox yol qəzası baş verib. Yol-nəqliyyat hadisələri nəqliyyatın hərəkətindəki problemləri daha da artırıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh