Bakıda keçiddən keçməyən piyadanı maşın belə vurdu – REAL VİDEO 

Avtosfer TV 19 Yanvar 2018 15:54 Oxunub 2305
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin gücündən avtomobilin dam hissəsi əzilib

Paytaxtın Ziya Bünyadov prospektində yolu keçmək istəyən piyadanın avtomobil tərəfindən vurulması anbaan kameraya düşüb. Video sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyada ona iki avtomobil tərəfindən yol verildiyini görərək qaçmağa davam etdikdə üçüncü zolaqda hərəkət edən "Tofaş" markalı avtomobil tərəfindən vurulub.

Videodan aydın şəkildə görünür ki, piyada yolu keçiddən keçmədiyinə və yolda məsuliyyətsizlik etdiyinə görə bu hadisə baş verib. Zərbənin gücündən avtomobilin dam hissəsi əzilib. 

Dəhşət saçan bu görüntüləri sizə təqdim edirik.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh