Polis kisədə murdar ət daşıyan sürücünü yaxaladı - VİDEO

Avtosfer TV 20 Yanvar 2018 00:10 Oxunub 2797
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib. Avtosfer.az xəbər verir ki, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, "UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər. Polis əməkdaşları avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aşkar ediblər. Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. Ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh