Gələcəyin avtobusları belə olacaq – VİDEO

Avtosfer TV 21 Yanvar 2018 18:29 Oxunub 1842
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Relslər üzərində “uçan avtobuslar” çox təhlükəsiz olacaq

Tıxacsız yollar insanları ən çox düşündürən bir işdir. Amma mümkünsüz də deyil. Bir çox ölkələrdə ictimai nəqliyyt üçün ayrıca xətlər yaradılıb. Onların dayanacaqları da ayrıdır. Lakin əsas problem yenə də qalır. Yolun genişliyi vacib şərtdir. Çünki bu tətbiq istər-istəməz nəzərdə tutlan yolun bir hissəsini əhatə edir. 

Lakin insan təfəkkərü durmadan inkişafa doğru addımlayır. Təqdim edəcəyimiz video “Gələcəyin nəqliyyat vasitələri” adlanır. Bu unikal model elə formalaşır ki, şərnişin tutumu çox, yol tutumu isə minumumdur. Relslər üzərində hərəkət edəcək bu vasitə yolun ən çox 1 metrlik hissəsini əhatə edəcək. Hündürlük səviyyəsi yuxarı olduğundan onun altı ilə hərəkət edən avtomobillərə heç bir təması yoxdur. Beləcə, relslər üzərində “uçan avtobuslar” formasındakı nəqliyyat vasitəsi yol boyu heç bir maneə olmadan hərəkət edə biləcək. Avtosfer.az bu unukal görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh