Xəzərdə 1 il 4 ay əvvəl gəmidə batan iş adamının meyiti tapılıb

Gündəm 6 May 2014 23:54 Oxunub 1623
Xəzərdə 1 il 4 ay əvvəl gəmidə batan iş adamının meyiti tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıbmış

Xəzədənizində 1 il 4 ay bundan əvvəbalıqçı gəmisində batan zərdablı iş adamınımeyiti tapılıb. APA-nıməlumatına görə, 1973-cü ildə Zərdab rayonu Burunlu kəndində anadan olan, Bakı şəhərində yaşayan Əhmədov NofəQüdrəoğlu 2012-ci il dekabrın 29-da 5 nəfərlik kiçiktutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüvə gəmi QazaxıstanıAktau limanı yaxınlığında batıb. Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb. 2014–cü ilin aprelində N.Əhmədovun ailə üzvlərinə Xaçmaz rayonunda naməlum məzar olduğu barədə məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, onlara məlumat daxil olduqdan sonra onlar Xaçmaz rayonuna yollanıblar. Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013-cü ilin avqustunda gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib. Aparılan araşdırmalardan sonra həmin məzarın N.Əhmədova aid olduğu təsdiqlənib. Bu gün N.Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonu Burunlu kəndinə gətirilib və dəfn edilib.

Qeyd edək ki, mərhum N.Əhmədov ailəli olub və 2 ödladı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh