«Qələbə» meydanındakı tıxacın səbəbi bilindi - FOTO

Gündəm 26 Dekabr 2014 18:23 Oxunub 1851
«Qələbə» meydanındakı tıxacın səbəbi bilindi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«20 Yanvar»a getmək üçün Nəqliyyat Nazirliyinin qarşısındakı yoldan istifadə etmək lazımdır

Bakıda daha bir küçədə nəqliyyatın hərəəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təşkil etmək məqsədilə «Qələbə» dairəsi, Həsən bəy Zərdabi küçəsindən «20 Yanvar» dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib. «20 Yanvar» dairəsi istiqamətində hərəkət edən sürücülər Abdulvahab Salamzadə körpüsünün altından  - Nəqliyyat Nazirliyinin yanından geri dönərək yollarına davam edə bilərlər.

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Avtosfer.az-a bildirib ki, hazırda həmin ərazidə iş gedir. Yaxın vaxtlarda iş başa çatacaq və hərəkət təmin olunacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh