“Ekologiya postu”nun yanında ölüm saçan yük maşını - VİDEO

Avtosfer TV 23 Yanvar 2018 21:26 Oxunub 2211
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxır, sağdakı maşını “sıxır” və dairəyə soldan girib sağa gedir

Yük maşını ilə yolda təhlükəli hərəkətlər edən sürücünün görüntülərini oxuculardan biri Avtosfer.az-a göndərib. Qoşqusunun qeydiyyat nişanı 99-ZB-309 olan yük avtomobilinin sürücüsü yanvarın 19-da “dairəvi” adlanan yolla hərəkət edərkən 1.1 – bütöv xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Bundan sonra sürücü özündən sağda hərəkətdə olan avtomobili sıxaraq dairəyə daxil olub və qəfildən sağa - “Ekologiya post”u istiqamətində hərəkət edib.

Belə aydın olur ki, bu sürücünün təfəkküründə problemlər var. Çünki onun etdiyi bu hərəkət ağır qəza ilə nəticələnə bilərdi. O etdiyi hərəkətin nə ilə nəticələnə biləcəyini düşünə bilmirsə, deməli onun psixoloji durumu normal deyil.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh