Əməkdar artist Bakının yeni avtobusunda biabır oldu - FOTO

Gündəm 26 Dekabr 2014 22:45 Oxunub 7115
Əməkdar artist Bakının yeni avtobusunda biabır oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aktyor İlqar Cahangir özü də bilmədən it üçün ayrılan yerdə oturub

Bir necə gün öncə Bakının küçələrində şütüməyə başlayan yeni avtobuslar əməkdar artisti çaşdırdı. Belə ki, Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir avtobusun ilk sərnişinlərindən olub. Lakin o maraqlı hadisə ilə üzləşib. Bu barədə o öz Facebook səhifəsində yazıb. "65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar". Əməkdar artist hətta it üçün nəzərdə tutulan yerin fotosunu da paylaşıb.

Qeyd edək ki, yeni avtobuslar hələlik bir marşrut üzrə hərəkət edir. İlkin mərhələdə 50 avtobus xəttə buraxılıb. Yeni nəqliyyat vasitələrində əlilliyi olan şəxslər də nəzərə alınıb. Panduslar tək əlilliyi olan şəxslər deyil, eləcə də uşaq arabası ilə olan analara da avtobusa rahat minib enmə imkanı yaradacaq. Onlar üçün avtobusun içərisində də xüsusi yer ayrılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh