Bu gündən bu yollar bağlı olacaq - SİYAHI

Gündəm 7 May 2014 00:55 Oxunub 2113
Bu gündən bu yollar bağlı olacaq - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda "Tour dAzerbaidjan" beynəlxalq velosiped turunun növbəti yarışları keçiriləcək

Azərbaycanda "Tour d Azerbaidjan" beynəlxalq velosiped turunun növbəti yarışlarına start verilib. Yarışla əlaqədar bəzi avtomobil yollarında hərəkəməhdudlaşdırılacaq. Belə ki, mayın 7-də saat 09:00-dan 14:30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol-Bakı-Sumqayıt şossesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Mayın 8-də saat 09:00-dan 15:30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, may ayının 9-da saat 09:00-dan 15:00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində;

Mayın 10-da saat 09:00-dan 13:30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda;

 

Mayın 11-də səhər saat 08:30-dan 11:00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Şüvəlan – Mərdəkan – Buzovna – Bilgəh – Nardaran yolu – Bilgəh – Zağulba – Buzovna –Hava limanı şosesi” marşrutu üzrə, saat 11:00-dan 14:00-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdii Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Sürücülərdən göstərilən vaxtlarda həmin istiqamətlərə alternativ yollardan istifadə etmələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh